"AQS Medical" onlayn mağazası

AQS Medical stomatoloqlar üçün implant və stomatoloji avadanlıqlar sahəsində etibarlı tərəfdaşdır. Şirkət həkimlərə yalnız məhsul deyil, həm də klinik ehtiyaclara uyğun peşəkar məsləhət və texniki dəstək təqdim edir. Geniş implant və avadanlıq seçimi, operativ servis xidməti və rahat ödəniş imkanları stomatoloqların işini daha rahat və effektiv edir. 

Bonefill (Sümük greftləri)

Bonefill Porous – çənə sümüyü defektlərinin bərpası, sümüyün yenidən modelləşdirilməsi və ya yeni sümük toxumasının formalaşdırılması üçün nəzərdə tutulmuş, öküzün bud sümüyündən (fêmur bovino) əldə edilən təbii sümük mineralıdır. 100% sponqioz sümükdən ibarət olan bu biomaterial makroməsaməli struktura malikdir. İmplantasiya olunduqdan sonra 6 ilə 9 ay ərzində bədənin öz sümüyünə inteqrasiya olunması və sovurulması (remodelləşməsi) gözlənilir.

SİFARİŞ ET

Bonefill (Sümük vidaları)

Bone Screws sümük bloklarının, sümük qreftlərinin və sovurulmayan membranların fiksasiyası üçün nəzərdə tutulmuş müvəqqəti fiksasiya vidalarıdır. ASTM F136 (Ti-6Al-4V) titandan ərintisindən hazırlanmışdır. Özü yiv açan (self-drilling) və özü perforasiya edən (self-perforating) dizayna, konik ucluğa və silindrik gövdəyə malikdir. 3,2 mm diametrli başlıq qreft və membranın etibarlı sabitlənməsinə kömək edir. Vidalar Ø1,2 mm, Ø1,4 mm, Ø1,6 mm və Ø1,8 mm diametrlərdə, 4 mm, 6 mm, 8 mm, 10 mm, 12 mm və 14 mm uzunluqlarda təqdim olunur. İstehsalçı tərəfindən tövsiyə olunan qazma sürəti 200 rpm, yerləşdirmə sürəti isə 30 rpm təşkil edir.

SİFARİŞ ET

Tent Screw (Membran vidaları)

Tent Screws DM istiqamətləndirilmiş sümük regenerasiyası (GBR) prosedurlarında sorulan və sorulmayan membranların altında regenerasiya sahəsinin həcmini qorumaq üçün nəzərdə tutulmuşdur. ASTM F136 (Ti-6Al-4V) titandan hazırlanmışdır. Özü yiv açan (self-drilling) ucluq dizaynı sayəsində əksər hallarda ön qazmaya ehtiyac olmadan yerləşdirilə bilir (kortikal sümük istisna olmaqla). 2,5 mm diametrli geniş başlıq membranın deşilməsinin qarşısını alır, konik yiv dizaynı isə cəmi 3 mm sümük fiksasiyası ilə belə yüksək ilkin stabillik təmin edir. Manual ratchet üçün dördbucaq bağlantıya və Philips tipli bağlantıya malikdir. 6 mm, 9 mm, 12 mm və 15 mm uzunluq seçimlərində təqdim olunur.

SİFARİŞ ET

Surgitime titan 3D membranes (Membranlar)

Surgitime 3D qeyri-sorulan, ASTM F67 Grade 1 təmiz titandan hazırlanmış titan membrandır və 25 kGy qamma radiasiyası ilə sterilizasiya olunur. Bir, iki və üç divarlı sümük defektləri üçün xüsusi hazırlanmış anatomik formalarda istehsal edilir. 0,08 mm qalınlığı sayəsində asan formalaşdırılır, yüksək elastikliyə malikdir və eyni zamanda regenerasiya sahəsinin həcmini qoruyur. 0,35 mm diametrli məsamələri qreft materialının yerini sabit saxlayarkən qan təchizatının və vaskulyarizasiyanın davam etməsinə imkan yaradır. Membranın fiksasiyası implantın sağalma qapaqları (Healing Cap) və ya Tent Screws DM vasitəsilə həyata keçirilə bilər. 

SİFARİŞ ET

Surgitime PTFE (Sovurulmayan PTFE Membran)

Surgitime PTFE 100% sintetik, heyvani mənşəli olmayan politetrafloroetilendən (PTFE) hazırlanmış qeyri-sovurulan membrandır. 0,10 mm və 0,25 mm qalınlıq çeşidlərində təqdim olunur və etilen oksid (ETO) ilə sterilizasiya edilir. Mikroməsaməli POREX® strukturu epitel və birləşdirici toxuma hüceyrələrinin sümük defektinə miqrasiyasının qarşısını alaraq istiqamətləndirilmiş toxuma və sümük regenerasiyası üçün lazımi baryer funksiyasını yerinə yetirir. Membran sümük qreftini yumşaq toxumadan izolyasiya edir və sümük regenerasiyasını dəstəkləyir. Sağalma mərhələsi başa çatdıqdan sonra membranın çıxarılması tələb olunur. 

SİFARİŞ ET

Surgitime Titanium Seal 

  Surgitime Titanium Seal ASTM F67 Grade 1 təmiz titandan hazırlanmış, 0,04 mm qalınlığında qeyri-sovurulan titan membrandır. Alveolyar yuvanın möhürlənməsi, diş çəkilməsindən sonrakı sahənin qorunması və yumşaq toxumaların regenerasiya sahəsinə daxil olmasının qarşısını almaq məqsədilə istifadə edilir. Tam keçirməz (occlusive) quruluşa malikdir və yüksək elastikliyi sayəsində cərrahi sahəyə uyğun formalaşdırıla bilir. Əksər hallarda əlavə fiksasiya tələb etmir, zərurət olduqda isə fiksasiya vintləri ilə sabitlənə bilər. İstehsalçı membranın təxminən 21 gün yerində saxlanılmasını tövsiyə edir. 

SİFARİŞ ET

Surgitime Collagen (Sovurulan Kollagen Membran)

Surgitime Collagen – implantologiya, parodontologiya və ağız-üz-çənə cərrahiyyəsində sümük regenerasiyası prosedurları zamanı etibarlı çəpər funksiyasını yerinə yetirmək üçün nəzərdə tutulmuş, bioloji olaraq sovurulan (reabsorbable) və hüceyrələrdən arındırılmış öküz perikardı (pericardio bovino) matriksidir. Öküz perikardının xüsusi aselulyarizasiya (hüceyrələrdən təmizlənmə) mexanizmləri ilə əldə edilən son məhsul, sümük qreftlərinin üzərinə və diş əti toxumasının altına yerləşdirildikdə yüksək təmizliyə malik təbii kollagen membran rolunu oynayır. İstiqamətləndirilmiş sümük regenerasiyası (GBR) prosedurlarında bu regenerativ bioloji çəpər toxumaları fiziki olaraq bir-birindən ayırmağa xidmət edir.

SİFARİŞ ET